Gürcüstanın baş naziri azərbaycanlıları təbrik etdibackend

Gürcüstanın baş naziri azərbaycanlıları təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Hökumət başçısı təbrik müraciətini feysbuk səhifəsində yayıb.

İ.Qaribaşvili qeyd edib ki, Novruz bayramı yeni il və yeni həyatın başlanğıcının simvoludur:

“Azərbaycanlı vətəndaşları gözəl bahar bayramı münasibətilə təbrik edirəm. Onların hər birinə əmin-amanlıq, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram”.

 

İnterpress.az