Gürcüstanın din xadimləri Allahşükür Paşazadənin verdiyi rəsmi ziyafətdə iştirak edibbackend

Gürcüstanın din xadimləri Allahşükür Paşazadənin verdiyi rəsmi ziyafətdə iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti cari ilin 19 may tarixində G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans iştirakçıları ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilən rəsmi ziyafətdə iştirak etmişlər.
İnterpress.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev, G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, Sülh və Dünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdən sonra Gürcüstandan olan din xadimləri ilə çay süfrəsi arxasında görüşən Şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlamış, din xadimlərinin səfərinin təşkilinə görə Səfirliyə və əməyi olan bütün qurumlara təşəkkür bildirmişdir.
Daha sonra Şeyxülislam Allahşükür Paşazadə Gürcüstandakı din xadimlərinin ehtiyacları ilə maraqlanmış və salamlarını bütün azərbaycanlı icmasına çatdırılmasını xahiş etmişdir. Sonda gürcüstanlı din xadimləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə xatirə hədiyyələri təqdim etmişlər.