Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada xorvatiyalı həmkarı Qordan Qrlic ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hər kəs müharibənin Liviyaya keçəcəyini düşünürdü, amma müharibə başqa istiqamətə yayıldı: “Döyüşlərin gələcəkdə daha geniş miqyasa keçməsi mümkündür. Biz müharibənin başa çatması üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. Savaş üç aydan çoxdur davam edir.