İran Xarici İşlər Nazirliyi Hollandiya səfirini İslam Respublikasına qarşı əsassız ittihamlara etiraz etmək üçün çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İranın Tasnim Xəbər Agentliyi məlumat yayıb.
Daha əvvəl “Reuters” Hollandiya Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə (AIVD) istinadən xəbər vermişdi ki, Tehran Avropada törədilən iki sui-qəsd cəhdində əli olmaqda şübhəli bilinir.
Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi də İran səfirini çağırıb.
Xuraman Etibarlı
İnterpress.az