“Hörümçək adam” komiksinin bir səhifəsi satıldı – Fantastik qiymətəbackend

“Hörümçək adam” komiksinin bir səhifəsi satıldı – Fantastik qiymətə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörümçək adam” komiksinin 1984-cü il buraxılışının 25-ci səhifəsi ABŞ-dakı “Heritage” auksion zalında keçirilən hərracda 3,36 milyon dollara satılıb.

İnterpress.az xəbər verir ki, 330 min dollara açılan hərracda komiksin səhifəsinə verilən qiymət ilk gündə 3 milyon dolları keçərək sahibini tapıb.

Həmin gün “Supermen” komiksinin köhnə nömrələrindən birinin də 3,18 milyon dollara satıldığı bildirilib.

Hər iki komiksin alıcısının kimliyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ komiksinin daxili səhifəsi üçün əvvəlki rekord 657.250 dollara satılan “İnanılmaz Halk”ın 1974-cü il buraxılışı olub.