Husilər BMT əməkdaşlarını azad etdilər və Sənadakı kompleksdən çıxıblar.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a BMT-nin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, 15 xarici əməkdaş artıq “Sənadakı BMT kompleksində sərbəst hərəkət edə, BMT qurumları və ailələri ilə əlaqə saxlaya bilirlər”.
18 oktyabrda kompleksin ərazisində saxlanılan 5 yerli əməkdaş da azad olunub.
Xuraman Etibarlı
İnterpress.az






