İki qardaş ölkəbackend

İki qardaş ölkə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

                                                               İki qardaş ölkə

 

26-29 may tarixlərində Azərbaycan “TEKNOFEST Azərvaycan” adlı festival keçirildi. Festivalda dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar da iştkrak edirdi.

Düzünü deyim ki, bu möhtəşəm festival baş tutana qədər mən Teknofest-in nə olduğu haqqında tam məlumatlı deyildim. Amma anonslardan bilirdim ki, türk Şahinləri nələrsə göstərəcəklər, nümayiş etdirəcəklər. Əlbəttə, onu da bilirdim ki, onlar bunu öz qan qardaşları-Azərbaycan pilotlar ilə birgə edəcəklər.

Həmin gün mən şəhərə çıxmışdım. Bakı sakinlərinin bütün diqqəti göydə idi. Bu baxışlar təkcə nərə çəkib şütüyən, ay-ulduz yaradan, bayraq çəkən təyyarələrlə məhdudlaşdırılmamalıdır. Bu həm də ucalığa tikilmiş, yüksəlişə ünvanlanmış baxışlar idi. Onun adı “TEKNOFEST”-dir. Mahiyyəti isə çox böyükdür. Çünki bu, bütün dünyaya bir mesaj idi. Bu mesajda deyilir ki, Azərbaycan – Türkiyə birliyi ən yüksək səviyyədədir və hələ bundan da yüksəklərə ucalacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın B. Vahabzadənin

Bir ağacın iki qolu

Bir ananın iki oğlu

O da ulu, bu da ulu

Azərbaycan–Türkiyə

 

şeirinin deməsinin özü bir simvoludur. Çünki R.T.Ərdoğan türk dünyasının şəksiz lideri, B.Vahabzadə isə türk dünyasının dahi söz ustasıdır. Baxın nə gözəl mənzərədir: ortada siyasət, dildə şeir, göydə isə təyyarələrin timsalında elm, texnika:

Bu festival həm də Azərbaycanın yüksəlişini görüb götürməyənlərə bir mesaj idi. Qoy hamı anlasın ki, Azərbaycan tək deyil. O, dağa söykənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında demişdi: “Türkiyə  44 günlük haqq savaşımızın ilk saatlarından bizimlə oldu. Bu birlik çoxlarının ürəyincə xof saldı. Şuşa Bəyannaməsi ilə yekunlaşdı. Bizim dostluğumuz, qardaşlığımış kimsəyə qarşı deyil. Biz yalnız insanlarımızın azad, firavan yaşaması üçün çalışırıq və bu dostluğun sırası daha da genişlənəcək”.

Müasir dünyamızda siyasi proseslərin dinamikası deyib: aşkar-gizli çox oyunlar gedir. Dövlətlər özlərini dostlar, müttəfiqlər axtarmaqla məşğul olurlar. Nə edəsən ki, haqq səsini eşitdirmək üçün bunlara ehtiyac var. Türkiyə və Azərbaycan isə müttəfiq yox, dili, dini, canı, qanı bir qardaşlardır. Bir millət, iki dövlət ifadəsi əbəs yerə tarixin yaddaşına yazılmayıb. Heç şübhəsiz ki, Türkiyə – Azərbaycan birliyi əbədi və dünya var olduqca yaşayacaq.

 

Suraxanı rayonu, 270 nömrəli tam

orta məktəbin direktoru Kəmalə Məmmədova