Xameneinin müşaviri MAQATE ilə əməkdaşlığın mümkün dayandırılacağını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Rəhbərinin siyasi müşaviri Şamxani deyib.
O, İranın nüvə obyektlərinə mümkün zərbələr barədə təhdidlər və xəbərlər fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığa son qoymaq və işçilərini ölkədən qovmaq ehtimalı ilə hədələyib.
“Zənginləşdirilmiş materialın (uranın) İslam Respublikası ərazisində təhlükəsiz, açıqlanmayan yerə köçürülməsi məsələsinə də baxıla bilər”, – o, X hesabında yazıb.
Xuraman Etibarlı
İnterpress.az