İsrailli hakerlər İranda 130 yanacaqdoldurma məntəqəsinin işini POZDU – FOTObackend

İsrailli hakerlər İranda 130 yanacaqdoldurma məntəqəsinin işini POZDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli hakerlər İranda 130 yanacaqdoldurma məntəqəsini sındırdıqlarını iddia ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilir ki, İsrailin “Red Evils” haker qrupu İranda, xüsusən də Tehranda onlarla yanacaqdoldurma məntəqəsinin idarəetmə sistemlərini sındırdığını açıqlayıb.

Onların sözlərinə görə, hakerlər məlumatları şifrələyib və müxtəlif enerji təchizatçılarına məxsus təxminən 130 yanacaqdoldurma məntəqəsinin işini pozublar.

Nəticədə bir çox stansiyalar bağlanıb, yanacaq təchizatında fasilələr yaranıb və əhəmiyyətli dağıntılar yaranıb.

Qrupun bəyanatında həmçinin qeyd olunub ki, təsirə məruz qalan şirkətlərdən bəziləri əvvəllər İranın İsrailə hücumu zamanı logistik dəstək verib.

Xuraman Etibarlı

İnterpress.az