İstanbulun Şişli rayonunda maskalı şəxslərin silahlı hücumu nəticəsində biri hamilə qadın olmaqla iki nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Şişlidə yaşayış binasının birinci mərtəbəsinə girən maskalı basqınçılar hamilə qadını və yanındakı kişini güllələyiblər.
Qan donduran hadisə gecə saatlarında Şişli Kuştəpə məhəlləsində Yavru Kuş küçəsində baş verib .
İddiaya görə, maskalı hücumçular beş mərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə daxil olublar. O, Gültəkin Gezer (23 yaş ) və hamilə olan Kader Küçük Coşkunu tapança ilə vurub.
Gezer və Coşqunun həyatını itirdiyi müəyyən edilib.
Xəbər alındıqdan sonra hadisə yerinə sövq edilən polis qrupları, daxil olduqları mənzilin qonaq otağında biri qadın olmaqla iki nəfərin qanlar içində yerdə uzandığını görüblər. Hadisə yerinə tibb qrupları da gəlib.
Polis hadisə ilə bağlı işlərini davam etdirir.
Xuraman Etibarlı
İnterpress.az