Kəskin hava şəraiti kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək – EKSPERTbackend

Kəskin hava şəraiti kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların kəskin soyuması və normadan artıq düşən yağıntılar kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək.

Bu fikri qida eksperti İlkin Şirinov İnterpress.az-açıqlamasında bildirib.

“Havaların kəskin soyuması və normadan artıq düşən yağıntılar kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək. Belə ki, havaların yağıntılı olması müəyyən işbazların işinə yarayır. Süni qiymət artımları, süni yaradılan qıtlıq və s.

Havanın yağışlı olması ilə əlaqədar olaraq sahələrdə, istixanalarda məhsullara ciddi ziyan dəyir. Bu da fermer təsərrüfatında məhsuldarlığın azalması ilə müşahidə olunur.

Bundan istifadə edən işbazlar anbarda qalmış məhsulun qiymətini iki və üç qat artırmağa başlayır. Bu da özünü şəhərlərdəki satış nöqtələrində qabarıq şəkildə göstərir.

Məhsulların qiymətini bazarlarda tələb və təklif tənzimlədiyi halda bəzən bu qiymətlərin artması və azalması bazar “dəllal”larının vasitəsilə olur.

Kəndlərdən topdan satış mərkəzlərinə kəndlinin gətirdiyi məhsullar həmin bu dəllalların əlində cəmləşir və bunlarda istədikləri məhsulu istədikləri qiymətə sata bilirlər.

Nəticədə kəndlidən ucuz qiymətə alınan məhsul pərakəndə satış mərkəzlərində müştəriyə baha qiymətə təklif olunur”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az