Livandakı ruslara mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib.
“İndi vətəndaşlarımıza mövcud kommersiya nəqliyyatı variantlarından istifadə edərək Livanı mümkün qədər tez tərk etmələrini tövsiyə etmək üçün bütün tədbirlər görülür. Bu, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımdır”, – deyə o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az