Los-Ancelesdə naməlum şəxs avtobusu qaçırıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Los-Ancelesdə naməlum şəxsin avtobusu oğurladığı iddia edilib.
İçərisində girovların olduğu ehtimal edilir.
Media xəbər verir ki, avtobus hazırda polis tərəfindən mühasirəyə alınıb və yolun kənarında dayandırılıb.
Hadisə yerində silahlı xüsusi təyinatlılar qrupu işləyir.
Xuraman Etibarlı
İnterpress.az