Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülübbackend

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa-Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Bu barədə Şuşa Dövlət qoruğu idarəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə sədri Alinur Aktaş tərəfindən təhvil verilib.

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə sədri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı” elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd ediblər.