Meksikada həbsxanada baş verən davada 3 məhbus ölübbackend

Meksikada həbsxanada baş verən davada 3 məhbus ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada həbsxanada baş verən davada 3 məhbus həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Meksika şəhərinin şərqindəki Santa Martha Acatitla həbsxanasında məhbuslar arasında dava düşüb.

Vətəndaş Təhlükəsizliyi Katibliyindən verilən açıqlamada məhbuslar arasında baş verən davada şiddətli zərbələr nəticəsində 3 nəfərin həlak olduğu bildirilib.

Paytaxt Mexiko şəhərinin Vətəndaş Təhlükəsizliyi Katibi Ömər Qarsia Harfux Twitter hesabında etdiyi paylaşımda həbsxana müdiri və təhlükəsizlik üzrə müdir müavininin davadan sonra səhlənkarlıqları səbəbilə işdən çıxarıldıqlarını açıqlayıb.

Məhkumları qətlə yetirən 5 nəfərin olduğu və onların qəsdən adam öldürmə, oğurluq və adam oğurluğu cinayətləri ilə bağlı cinayətləri olduğu bildirilib.