“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Elşad Musayevlə görüşübbackend

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Elşad Musayevlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevlə görüşüb.

Bu haqda açıqlama verən Koalisiya üzvü Səadət Bənənyarlı bildirib ki, Monitorinq Koalisiyasını onunla bərabər insan haqları müdafiəçisi Novella Cəfəroğlu, professor Əhməd Qəşəmoğlu və fəlsəfə doktoru, politoloq Adəm İsmayıl təmsil edib.

Onun sözlərinə görə, görüşün əsas məqsədi Bütöv Azərbaycan Partiyasının seçki hazırlığı ilə tanış olmaq, namizədin proseslə bağlı fikirlərini öyrənmək olub:“Seçkinin təşviqat mərhələsi davam edir. Həm televiziya çıxışları, həm də seçicilərlə görüşdə hər hansı qanun pozuntusu haqqında Koalisiyaya informasiya daxil olmayıb. Elşad Musayevlə keçirilən görüşdə namizəd seçki təcrübəsindən danışaraq bildirdi ki, partiya üzvləri bütün prosesi sənədləşdirir. Bu, olduqca vacib məqamdır – elmi yanaşma da bunu tələb edir. Seçki ən ciddi siyasi proses kimi Azərbaycan siyasətində öz yerini almalıdır. Koalisiya olaraq bizi maraqlandıran əsas məqamlardan biri seçici fəallığıdır. İndiyə qədər apardığımız müşahidələr göstərir ki, 7 fevral seçkisi bu mənada indiyə qədər keçirilən seçkilərdən fərqlənəcək. Bizim proqnozlarımız yüksək seçici fəallığının olacağıdır. Bundan başqa, namizədlərə, onların təmsil etdikləri siyasi partiyalara bərabər şansların yaradılması son dərəcə önəmli məsələlərdir. İndiyə qədər biz artıq 4 namizədlə görüşmüşdük və onların seçki ilə bağlı fikirləri Bötüv Azərbaycan Partiyasının namizədi Elşad Musayevlə aşağı-yuxarı eynidir”.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası 7 fevral prezident seçkisinin monitorinqi məqsədilə yaradılıb. Bütün mərhələlərlə bağlı təhlillər aparan Koalisiya proses başa çatdıqdan sonra müşahidələri seçki prosesinin təkmilləşdirilməsi üzrə elmi araşdırmaya çevirmək niyyətindədir. Koalisiyanın tərkibi bunlar nəzərə alınaraq formalaşdırılıb. Ölkənin tanınan sosioloqları, politoloqları prosesə cəlb edilib.

Azpost.info