Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin 15 illiyi münasibətilə təbrik edibbackend

Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin 15 illiyi münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat naziri Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi münasibəti ilə təbrik edib.

Bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış qurum maliyyə hüquqpozmaları ilə effektiv mübarizənin təşkilinə, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına, dövlətimizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verir”, – deyə M.Cabbarov bildirib.

Nazir bu əlamətdar tarix münasibətilə həmkarlarına təbrikləri çatdırıb, Xidmətin fəaliyyətinə uğurlar arzulayıb.