Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu İsveçrənin Rusiya Federasiyasındakı Səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni təyin olunmuş rəhbəri Mamuka Merkviladzeni qəbul edib.
İnterpress.az-ın məlumatına görə, Azərbaycan səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində gələcək uğurlar arzulayıb və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunub. Tərəflər həmçinin hər iki ölkənin maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulayıblar.
Gürcüstanın maraqları şöbəsinin rəhbəri öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətinə görə təşəkkür edib.
Görüşün sonunda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabını hədiyyə edib./report