Naxçıvanda minaatan bölmələrin döyüş hazırlığı məşğələləri keçirilir – FOTO/VİDEObackend

Naxçıvanda minaatan bölmələrin döyüş hazırlığı məşğələləri keçirilir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir.

Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.

Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.

Minaatan bölmələrində döyüş hazırlığı məşğələləri plana uyğun davam edir.