Nazirlik rəsmisi: “Övladının qiymətləndirilməsindən narazı olan valideynlər apellyasiya şikayəti edə bilər”backend

Nazirlik rəsmisi: “Övladının qiymətləndirilməsindən narazı olan valideynlər apellyasiya şikayəti edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması mayın 22-dən iyunun 19-dək davam edəcək”.

İnterpress.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, müsahibə mərhələsinin nəticəsindən narazı qalan valideynlər şikayət edə bilərlər:

“Təbii ki, uşaqlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılacaq. Həmin vaxtda övladının müsahibə nəticəsindən narazı olan valideynlər apellyasiya şikayəti edə bilər”.

“Valideyn tərəfindən edilən müraciətlərə baxılan zaman həmin uşaqlardan yenidən müsahibə götürülməyəcək. Sadəcə olaraq müsahibə dövründə qeydə alınan videoçəkilişə məsələ ilə yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq rəy veriləcək”.

 

İnterpress.az