Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Atom Enerjisi Agentliyi yaradılır.
İnterpress.az-n məlumatına görə, Nüvə Energetikasının İnkişafı Agentliyinin bazasında yeni yaradılan struktur Energetika Nazirliyindən alınaraq Nazirlər Kabinetinin yurisdiksiyasına veriləcək.
Agentlik nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində dövlət siyasətinə rəhbərlik edəcək.