Pakistan və Hindistan sərhədində atəşkəs pozulubbackend

Pakistan və Hindistan sərhədində atəşkəs pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birinə atəş açdığı, hadisədə can itkisinin olmadığı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milli mətbuatda yer alan xəbərlərə görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.

İki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb.

Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.

Kəşmir məsələsi

İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi üçün o zamanlar knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qalıb.

Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistanın tərkibinə qatılmasının tərəfdarı olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verib.

Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında müharibə baş verib.

Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verilib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qərarlarla Kəşmirin demilitarizasiyasını və gələcəyini referendumla müəyyən etməyi nəzərdə tutur.

Hindistan administrasiyası referenduma qarşı çıxsa da, Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini istəyir.

Digər tərəfdən, Hindistan 2019-cu il avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi və bölgəni iki “Birlik əraziləri”nə: birbaşa mərkəzi hökumətə tabe olan “Cammu Kəşmir” və “Ladax”a bölüb.