Papa Livana hücumları dayandırmağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Katolik ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk Livanda artan gərginliyə son qoymağa çağırıb,
O, Livan xalqı ilə həmrəy olduğunu bildirib və davam edən gərginliyi “qəbuledilməz” adlandırıb.
“Son günlər intensiv bombardmanların çoxlu ölüm və dağıntılara səbəb olduğu Livandan gələn xəbər məni kədərləndirdi.
Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu dəhşətli eskalasiyanı dayandırmaq üçün hər cür səy göstərəcək. Bu qəbuledilməzdir. Yaxın keçmişdə onsuz da həddən artıq əziyyət çəkən Livan xalqına həmrəyliyimi bildirirəm”, – Vatikanın dövlət başçısı bildirib.
Xuraman Etibarlı
İnterpress.az