Parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib – FOTObackend

Parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyaya səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.

Parlamentdən  bildirilib ki, nümayəndə heyətinin üzvləri burada ulu öndər Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.

Ulu öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbində təhsil alıb.

Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə qızıl güllər düzüblər.

 

 

 

İnterpress.az