Arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib.
İnterpress.az xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana bir saat vaxt verib.
“Saat 18:30-dur, mən ilk dəfə onun adını çəkirəm, Nikol Paşinyan, istefa verməyə bir saatınız var.
Mən bu saat ərzində görüşməyə və istefanın bütün şərtlərini müzakirə etməyə hazıram. Artıq Ermənistanda heç bir səlahiyyətiniz yoxdur. Və istefanızla üçqat bayramı Ermənistana qaytaracaqsınız”, – o, mitinqdə deyib.
Xuraman Etibarlı
İnterpress.az