Polşa Beyrutdakı səfirliyində işçilərin sayını AZALDIRbackend

Polşa Beyrutdakı səfirliyində işçilərin sayını AZALDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Beyrutdakı səfirliyində işçilərin sayını azaldacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski jurnalistlərə bildirib.

Qeyd olunur ki, Polşa Livan paytaxtındakı səfirliyində işçilərin sayını məhdudlaşdıracaq,

Onun sözlərinə görə, hökumət ölkəni tərk etmək istəyən Polşa vətəndaşları üçün nəqliyyat təşkil edəcək.

“Beyrutdakı səfirliyimizin işçilərinin sayının məhdudlaşdırılması barədə qərar qəbul edilib. Əsasən bunlar diplomat ailələridir.

Biz lazımi insanları saxlamağa çalışacağıq, lazım olmayanlar isə Polşaya qayıdacaqlar”, – sözçü deyib.

Xuraman Etibarlı

İnterpress.az