Putin dünyaya meydan oxudu – müharibə ilinə giririk?backend

Putin dünyaya meydan oxudu – müharibə ilinə giririk?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin ilsonu yenə Qərbi, NATO-nu hədələyib. Kreml sahibi hər ilin sonunda keçirdiyi mətbuat konfrasını bu il də keçirib və o zaman beynəlxalq güclərə qarşı sərt ritorika sərgiləyib. Faktiki olaraq, “səbrimiz tükənib” deyib.

Sitat: “NATO ölkələri dərhal Rusiyaya təhlükəsizlik zəmanətini verməlidir, əksinə yox. Digər dövlətlərə təhlükə yaradan Rusiya tərəfi deyil. Bəlkə biz ABŞ, yoxsa Böyük Britaniyanın sərhədlərinə gəlmişik? Onlar gəliblər. İndi də deyirlər ”Yox, Ukrayna NATO-ya daxil olacaq”. Bu o deməkdir ki, orada da sistemlər olacaq. Siz məndən bir növ təminat tələb edirsiniz. Amma siz bizə təminat verməlisiniz”.

Putinin sözlərinə görə, Rusiya “açıq və aydın şəkildə NATO-nun şərqə sonrakı genişlənməsinin qəbuledilməz olduğunu” açıqlayıb: “Biz raketləri ABŞ sərhədləri yaxınlığında yerləşdiririk? Yox. Məhz ABŞ öz raketləri ilə evimizə gəlib, onlar bizim evimizin astanasındadırlar”, – Putin bildirib.

“Bu, həddindən artıq böyük tələbdirmi – evimizə sistemləri qoymamaq? Burada qeyri-adi nə var?” – deyə Kreml sahibi tikanlı suallar ünvanlayıb.

Putinin təhlükəsizliklə bağlı sərt tələbini isə NATO rədd edib.

O zaman 2022-ci il Rusiya-NATO hərbi qarşıdurması ilə yadda qala bilərmi? Rusiya-Ukrayna müharibəsinin Azərbaycana ziyanı çox olacaq, yoxsa faydası?

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq  lazımdır” | Report.az

Sülhəddin Əkbər: “Ukrayna-Rusiya qarşıdurması Azərbaycana fürsət aça bilər”

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər öncəliklə iki vacib sənəddən söz açdı: “Bütün bunlarla bağlı Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı iki sənəd var və artıq həmin sənədlər çap olunub. Detallı şəkildə Rusiya istəklərini orada ifadə edib. Kreml faktiki olaraq Amerikadan, NATO-dan nəinki keçmiş SSRİ ərazisindən, ümumiyyətlə, Şərqi Avropadan çıxmağı, bu ölkələrlə hərbi əməkdaşlıq belə etməməyi tələb edir. Putin sistemlər dedikdə öncəliklə ABŞ-ın qurmaqda olduğu raket hücumundan müdafiə sistemini, onun Rumıniya və Polşada yerləşdirilən hissələrini, infrastrukturunu nəzərdə tutur. Digər tərəfdən də 1987-ci ildə imzalanmış orta mənzilli raketlərin qadağan olunması haqqında müqavilədən rəsmi Vaşinqtonun çıxmasından narahatdır. Halbuki, bunun səbəbkarı da özü olub. İndi narahatdır ki, Avropada, Almaniyada keçmiş müharibə dövründə artilleriya komandanlığı var idi. Həmin komandanlıq bərpa olunur. Putin narahatdır ki, Amerika yeni orta mənzilli raketlərini Avropada yerləşdirməyə hazırlaşır. Bundan əlavə, onu əsas narahat edən təlimlərdir. NATO və Amerikanın keçirdiyi təlimlərdə soyuq müharibədən sonra ilk dəfədir ki, ABŞ nüvə başlığı daşıyan strateji bombardumançı təyyarələrlə Krıma zərbə endirməyi məşqdən keçirib. Eyni zamanda, Amerika zərbə qüvvələrini Avropada yerləşdirir.

Bu tipli məsələləri şimal qonşumuz çox narahatlıqla izləyir. Amerika Ukrayna ordusunu ciddi şəkildə hazırlaşdırır, təlimlər keçirir. Hərbi texniki dəstək də verməkdədir. Ukraynada səssizcə Amerikanın müxtəlif adlar altında hərbi məntəqələri, mərkəzləri yaradılıb. Necə ki, Gürcüstanda belə bir addım atıb. Bu ölkə ilə birlikdə Təlim və Qiymətləndirmə mərkəzi var. Rusiya isə bunlara potensial hərbi baza ordusu kimi baxır. Bu cür atılan addımların sayı getdikcə artmaqdadır.

Xatırlayırsınızsa, vaxtı ilə demişdim ki, dünya nizamının qurulması mövcud olan ciddi qarşıdurmaların aradan qaldırılması mərhələsinə start verilib. 2021-ci ildən Rusiyanın gündəmə gələcəyini qeyd etmişdim. Bu da 2021-ci il. Rusiya gündəmə gəlib. NATO, Amerika, Böyük Britaniya ağır-ağır şimal qonşumuzun üzərinə gəlir. Nəticədə Rusiyanın əsəbləri dözmür və bu durum da şantaja, ultimatuma sövq edir. Bir sözlə, Kremlin, konkret Putinin əsəbləri pozulub.

Burada Böyük Britaniyanı da unutmaz olmaz. Əslində Britaniya hökuməti Ukraynaya daha ciddi yardım göstərir, həm Qara dənizdə, həm də Azov dənizində. Hərbi dəniz donanması üçün Ukrayna orada bazalar tikdirir. Səhv etmirəmsə, ya 2.4, ya da 2.7 milyard funt sterlinqli hərbi dəstək paketi Ukraynaya var. Bu da razılaşdırılıb”.

S.Əkbər Rusiya-Ukrayna müharibəsi olarsa, bunun Azərbaycana indiki şəraitdə ziyanımı, faydasımı olacağı yönündə yaranan suallara belə cavab verdi: “İstənilən müharibənin faydalarından danışmaq bilmirəm nə dərəcədə doğru ola bilər. Çünki istənilən müharibə fəlakətdir. Bu da postsovet məkanında olduğuna, eləcə də, qardaş Türkiyənin NATO üzvü olmasına, həmçinin Azərbaycanın strateji tərəfdaşı olduğuna görə sizin dediyiniz müharibə baş tutarsa, Türkiyə də proseslərə cəlb olunacaq. Qardaş ölkə də müharibəyə cəlb olunduğu halda Qara dənizdə, Qara dəniz sahillərində Gürcüstan, nəhayət Azərbaycan da proseslərin iştirakçısına çevriləcək. Ukrayna böhranını daha acımazsız, qəddar formada analiz etsək, Ukrayna problemlərinin alovlanması təbii ki, müəyyən mənada Türkiyənin, Azərbaycanın əhəmiyyətini artıracaq. Nəticədə rəsmi Bakı planlarını həll olunmamış münaqişənin həlli məsələsində irəlilədə bilər. Yəni Rusiyaya təzyiqlər bu məsələdə edilə bilər. Həmin vaxt Kremlin Türkiyə və Azərbaycana ehtiyacı olacaq. Amma genişmiqyaslı müharibənin başlanması, Türkiyənin müharibəyə qoşulması halında Azərbaycan üçün risklər daşıyır. Əvvəldə də dediyim kimi müharibəyə qoşula bilərik. Bu da potensial təhlükə deməkdir”.

Putin “müharibə olmayacaq” demədi: Nə baş verir? | No Comment

Müsahibimiz 2022-ci ildə gözlənilən Rusiya-NATO qarşıdurmasından da söz açdı: “Qarşıdurma və hərbi qarşıdurma fərqli anlayışlardır, həmçinin lokal, genişmiqyaslı müharibələr. Bu terminlərin hər birinin ayrı mahiyyəti və çəkisi var. Nəzərə alsaq ki, Ukrayna hələ NATO üzvü deyil. Bu baxımdan NATO-Rusiya müharibəsi yaxın perspektivdə görünmür. Nəzəri baxımdan ehtimalı olsa da, çox aşağıdır. Amma belə bir münaqişənin olacağı halda birinci etapda təbii ki, Amerika, Böyük Britaniya, Polşa, Litva kimi ölkələr, müəyyən dərəcədə Türkiyə Ukraynaya dəstək verməyə başlayacaqlar. Müharibənin uzandığı bir halda isə artıq NATO-nun, quruma üzv ölkələrin ayrı-ayrılıqda müharibəyə qoşulma riski də yüksələcək. Amma dediyim kimi, ilk mərhələdə NATO qoşulmayacaq”.

Sonda ekspert Gürcüstan və Ermənistan üzərindən NATO və Rusiyanın toqquşa biləcəyi barədə ehtimallara da yer ayırdı: “Burada söhbət Ukraynanın həm yeni Avropa Təhlükəsizlik sistemi, həm də Rusiya imperiyasının bərpası üçün əhəmiyyətindən, çəkisindən gedir. Təbii ki, digər ölkələr onunla müqayisə oluna bilməz. Ukrayna yeni Avropa təhlükəsizlik sistemi üçün məhəg daşı hesab olunur. Rusiya imperiyası üçün də həm tarixi legitimlik mənbəyidir, həm də olmazsa olmazdır. Ukrayna varsa, yeni Avropa təhlükəsizlik sistemi var, yoxdursa yoxdur. Digər tərəfdən Ukrayna varsa, rus imperiyası var, yoxdursa yoxdur. Bir sözlə həlledici əhəmiyyətinə görə Ukrayna açar önəm daşıyır. Digər ölkələr elə də yüksək əhəmiyyətə malik deyillər”.