Qeyri-nüvə dövlətinin aqressiyası Rusiyaya hücum kimi qiymətləndiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin deyib ki, qeyri-nüvə dövlətinin nüvə dövləti ilə birlikdə aqressiyası Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.
Rusiya Federasiyasının prezidenti həmçinin nüvə silahının tətbiqi şərtlərinin müəyyən edilməsi baxımından nüvə doktrinasına bir sıra dəqiqləşdirmələrin daxil edilməsinin təklif olunduğunu bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az