“Qarabağ” FK İsrailin “Hapoel Təl-Əviv” klubundan Marko Yankoviçi transfer edib.
İnterpress.az xəbər verir ki, bu haqda klub məlumat paylaşıb.
Bildirilib ki, klub monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Marko Yankoviç komandamızda 8 nömrəli formanı geyinəcək.