R Kelli zərərçəkənə herpesin müalicəsi üçün 300 min dollar ödəyəcəkbackend

R Kelli zərərçəkənə herpesin müalicəsi üçün 300 min dollar ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə amerikalı müğənni R Kellini (əsl adı – Robert Silvestr Kelli) qurbanlarından birinə 309 min dollar təzminat ödəməyə məcbur edib.

Pulun herpesin müalicəsi və psixoterapiya xərclərinin ödənilməsinə yönəldiləcəyi bildirilib.

Zərərçəkənin sözlərinə görə, R Kelli görüşlərinin birində qurbanını zöhrəvi xəstəliyə yoluxdurub.

Həmçinin vurğulanıb ki, məhkəmə Kellini cinayətinin digər qurbanına on minlərlə dollar ödəməyə məcbur edə bilər.

Qeyd edək ki, iyun ayında Kelli insan alverinə görə 30 il həbs cəzasına məhkum edilib. Andçılar heyəti 55 yaşlı ifaçını uşaq pornoqrafiyası yaratmaqda və yetkinlik yaşına çatmayanları cinsi istismar etməkdə təqsirli bilib.

Xatırladaq ki, R Kelli üç dəfə Qremmi mükafatına layiq görülmüş musiqiçidir. Onun diskoqrafiyasına 14 studiya albomu daxildir. Müğənni 1995-ci ildəki “I Believe I Can Fly” mahnısından sonra geniş populyarlıq qazanıb.

Mənbə: lenta.ru