“Rolls-Roys” rekord itki ilə üzləşdibackend

“Rolls-Roys” rekord itki ilə üzləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Rolls-Roys” şirkəti cari ilin ilk yarısında rekord – 7.1 milyard dollardan çox itki ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə “Rolls-Roy” şirkətinin hesabatında məlumat verilib.

Şirkət tarixində ən böyük böhranla üzləşdiyini etiraf edib.

“Rolls-Roys” Britaniyada 3000 iş yerini azaltmaq məqsədilə Nottingempşir və Lankaşir qraflıqlarında iki fabrikin bağlanacağını təsdiqləyib. Ümumilikdə, “Rolls-Roys” koronavirus pandemiyasından sonrakı dövrdə aviasiya bazarının yeni reallıqlarına uyğunlaşmaq və hər il 1,6 milyard dollar qənaət etmək üçün ən azı 9 min iş yeri və ya işçilərin ümumi sayının 17%-dən çoxunu ixtisar etməyi planlaşdırır”, – hesabatda qeyd olunub.

Şirkətin icraçı direktoru Uoren İst təkcə son 6 ayda 4500 nəfərin “Rolls-Roys”dan ayrıldığını bildirib.

 

İnterpress.az