Rusiyada qadınları “tora salan” kişi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskvada qadınları silsilə “ələ keçirən” şəxs saxlanılıb. Onun Tacikistandan olan 42 yaşlı miqrant olduğu üzə çıxıb.
Son təzyiq hadisəsi “Azbuka Vkusa” mağazasında baş verib. Kassada dayanan qız kiminsə əlinin onun bədən üzvlərinə dəydiyini hiss edib. O, qışqırdı və kişi qaçıb.
Kişi bir saat sonra saxlanılıb. Məlum olub ki, miqrantın Rusiyada qanuni qalmasına cəmi bir ay qalıb. İndi onu həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az