“American Airlines”də Milad ərəfəsində bütün daxili reyslərə təsir edən texniki nasazlıq yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Bildirilir ki, ABŞ-nin ən böyük aviaşirkəti “American Airlines” Milad ərəfəsində bütün daxili reyslərə təsir edən texniki nasazlıq barədə məlumat verib.
“Hazırda American Airlines-ın bütün uçuşlarında texniki problem yaşayırıq. Sizin təhlükəsizliyiniz bizim əsas prioritetimizdir.
Problem aradan qaldırılan kimi biz sizi salamat və sağlam şəkildə təyinat ünvanınıza çatdıracağıq”, – şirkətin X sosial şəbəkəsindəki mesajında deyilir.
Sosial media istifadəçilərinin suallarına cavab olaraq aviaşirkət problemin aradan qaldırılmasının nə qədər vaxt aparacağını təxmin edə bilməyəcəyini bildirib.
Daşıyıcı dəqiq nə baş verdiyini açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az