Səudiyyə Ərəbistanı əvvəllər Almaniyadan insanların üzərinə maşın sürən Taleb A.-nın ekstradisiyasını tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə mənbəyə istinadən AFP məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti əvvəllər Almaniyadan Maqdeburqda Milad bazarına gələnlərin üzərinə maşın sürən Taleb A.-nın ekstradisiyasını tələb edib.
Agentliyin həmsöhbəti sorğunun səbəblərini açıqlamayıb. Bununla belə, o qeyd edib ki, Səudiyyə Ərəbistanı Berlinə “bir neçə dəfə” şübhəlinin “təhlükəli ola biləcəyi” barədə “xəbərdar edib”.
Xuraman Etibarlı
İnterpress.az