Moskvanın mərkəzində naməlum şəxs polis maşınına “Molotov kokteyli” atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, saat 17 radələrində bir nəfər “Arbat” polis idarəsinin binası yaxınlığında avtomobilin altına şüşə butulka atıb.
Ərazi hazırda mühasirəyə alınıb. Məlumata görə, yanğın törədən şəxs telefon fırıldaqçılarının qurbanı olub.
O, polis tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az