Rusiya Suriyadan qaçqın axınına HAZIRLAŞIRbackend

Rusiya Suriyadan qaçqın axınına HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Suriyadan qaçqın axını gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, suriyalılara dəstək proqramları üçün yerli büdcələrdən təxminən 8 milyard rubl ayrılacaq.

Media yazır ki, artıq 2025-ci ilin birinci yarısında Rusiya Federasiyasına 100 minə yaxın qaçqın gələ bilər.

Ölkədə artıq 10 min nəfəri qəbul edə biləcək 12 böyük mərkəz yaradılır. Suriyalılar onlarda iki həftəyə qədər yaşaya biləcəklər. Bu, daimi yaşayış üçün uyğun mənzil tapana qədər yerli hakimiyyət orqanlarına ayrılan vaxtdır.

Bütün mənzil xərcləri (icarə, kommunal xərclər, internet) yerli büdcələr tərəfindən ödəniləcək.

Amma ruslar suriyalıların gəlişindən elə də şad deyillər.

Xuraman Etibarlı

İnterpress.az