BƏƏ və Səudiyyə Ərəbistanı qüvvələri Yəməndə husilərə qarşı hücuma başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
“Yəmən koalisiyası” adlandırılan BƏƏ və Səudiyyə Ərəbistanına bağlı qüvvələrin Ənsarullah hərəkatının nəzarətində olan ərazilərə hücuma keçdiyi bildirilir.
Eyni zamanda Səudiyyə Ərəbistanından husilərin Səda şəhərini artilleriyadan atəşə tutduğu bildirilir.
Xatırladaq ki, husilər İran və Rusiya Federasiyasının Yaxın Şərqdəki müttəfiqləridir.
Xuraman Etibarlı
İnterpress.az