Rusiyanın “Ursa Major” yük daşıyıcı gəmisi Aralıq dənizində batıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyanın “Ursa Major” yük daşıyıcı gəmisi mühərrik otağında baş verən partlayışdan sonra Aralıq dənizində batıb:
“Rusiyanın “Ursa Major” yük daşıyıcısı mühərrik otağında baş verən partlayışdan sonra Aralıq dənizində batıb. 14 ekipaj üzvü xilas edilib, ikisi itkin düşüb”, – Rusiya XİN-in məlumatında deyilir.
Rusiya diplomatları və digər idarələr vəziyyəti nəzarətdə saxlayır.
Xuraman Etibarlı
İnterpress.az