Rusiyada kişi keçmiş sevgilisinin qolunu, qabırğalarını sındırıb və gözünü çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Soçidə incimiş kişi keçmiş sevgilisinin mənzilinə girərək qolunu, qabırğalarını sındırıb və avtomobilin açarı ilə gözünü çıxarıb.
46 yaşlı Nikolay Əliyev (pasportuna görə – Əliyev Rəşid Murad oğlu) 41 yaşlı Kseniya ilə 6 ay görüşüb. Cütlük kilsəyə gedib və səyahət edib.
Sevgililər 5 dəfə ayrılıb, Əliyev ikinci dəfə qadına əl qaldıranda qadın qaçaraq polisə gedib. Polisə verdiyi ifadə kömək etməyib, təhdidlər başlayıb.
Kseniya 12 yaşlı oğlu ilə yaşamağa davam edib. Səhər saat beşdə maska və xalat geyinən Nikolay əvvəllər oğurlanmış açarlardan istifadə edərək mənzilin qapısını açıb və orada qadına hücum edib.
Qadın oğlunun telefonundan təcili yardım çağırıb.
Zərərçəkənin sağ gözü çıxarılıb, həmçinin qabırğa, qol və çənənin sınığı diaqnozu qoyulub.
Qeyri-adekvat adam saxlanılıb və hər şeyi etiraf edib, adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az