Rusiyada “Vaqner” əsgərlərinin xatirəsinə ucaldılmış abidəni sökmək istəyirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Voskresensk şəhərində həlak olmuş “Vaqner” əsgərlərinin xatirəsinə ucaldılmış abidəni sökmək istəyirlər.
Yerli hakimiyyət bunun qanunsuz tikinti olduğunu bildirib və onlardan bu döyüşçülərin hər birinin həqiqətən xüsusi əməliyyatda iştirak etdiyini əllərindəki sənədlərlə sübut etməyi tələb edib.
Xuraman Etibarlı
İnterpress.az