Rusiyada yaşayan erməni bloqerin qardaşı həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, məşhur bloqer Yeva Piloyanın qardaşı Moskvada şirkətlə mübahisə etdikdən sonra “On the Moon” lanc-barının giriş qapılarını avtomatla vurub.
Sərxoş erməni oradan qovulmasından hiddətlənib.
Ötən gecə 34 yaşlı Artur barda əylənib. Amma o, qonşu masada dincələnlərlə mübahisə edib. Sərxoş ermənidən getməyi xahiş ediblər, lakin qəzəbli erməni getmək istəməyib.
O, barda avtomat çıxarıb və ön qapıya atəş açıb, sonra gedib.
Erməni polis tərəfindən saxlanılıb. Məlum olub ki, Artur Maşuryan işsizdir və gününü restoranlarda keçirir.
Onun bacısı Yeva Piloyan Dmitrovskoye Şossedə gözəllik salonunun sahibidir və onun sosial şəbəkələrdə 1,7 milyon abunəçisi var.
Xuraman Etibarlı
İnterpress.az