Səudiyyə Ərəbistanında səhralaşma ilə mübarizə çərçivəsində milyonlarla manqrov ağacı yetişdiriləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, 2030-cu ilə qədər 50 milyondan çox manqrov ağacı yetişdiriləcəyi planlaşdırılır.
Bununla bağlı ən son texnologiyalar və innovativ üsullar araşdırılır, mövcud çətinliklərin öhdəsindən gəlmək üçün müvafiq işlərə başlanılıb.
Mangrovların ən qiymətli təbii sərvətlərdən biri olduğu bildirilib.
Bu növün sel və eroziya kimi dalğaların təsirlərinin azaldılmasına və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmasına töhfə verdiyi vurğulanıb.