KXDR ABŞ sanksiyalarına cavab tədbirləri ilə hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.
Şimali Koreya Vaşinqtonun qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin yuyulmasında ittiham olunan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etməsindən sonra cavab tədbirləri görəcəyini bildirib. Pxenyan bu qərarı “düşmənçilik aktı” kimi qiymətləndirib.
KXDR xarici işlər nazirinin müavini Kim Yn Çhol, Şimali Koreya bankirləri və maliyyə strukturlarının sanksiya siyahısına salınmasını pisləyib. O, Donald Tramp administrasiyasının oxşar məhdudiyyətləri beş dəfə tətbiq etdiyini xatırladıb və bunun Pxenyanın Vaşinqtona münasibətində siyasət dəyişikliyi barədə ehtimallara “nöqtə qoyduğunu” bildirib.
Kim Un Çol ABŞ-nin bu davranışının KXDR tərəfindən adekvat cavabla qarşılanacağını vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






