Somalinin paytaxtında maska və papaqdan istifadə qadağan edilibbackend

Somalinin paytaxtında maska və papaqdan istifadə qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalinin paytaxtı Moqadişuda təhlükəsizlik səbəbiylə maska ​​və papaqdan istifadə qadağan edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada maska ​​və papaqlardan istifadənin qadağan olduğunu açıqlayıb.

Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.

Yaşlıların taxdıqları papaqlara bənzər papaqlar qadağadan azad edilib.

Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub.

Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırdıqca, təşkilat müxtəlif şəhərlərdə hücumlarını artırıb.