Son sutkada koronavirusa yoluxanların sayı azaldıbackend

Son sutkada koronavirusa yoluxanların sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 242 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, bu günə qədər isə ümumilikdə 3 920 841 test icra olunub.