Sosial şəbəkələrdə yayılan şəkil gündəm oldu – FOTObackend

Sosial şəbəkələrdə yayılan şəkil gündəm oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə ABŞ-dakı etiraz aksiyalarından paylaşılan foto ciddi müzakirələrə səbəb olub.

Bu barədə RT xəbər yayıb.

Məlumata görə, şəkil Hyuston şəhərində çəkilib.

Kadrlarda nizamla düzülmüş və aksiya iştirakçıları ilə həmrəyliklərini nümayiş edən hərbçilər əks olunub. Müzakirələrə səbəb isə onların birinin qolunun üzərindəki “Rossiya” döyməsidir.

Hazırda ABŞ-ın bir çox şəhərlərini etiraz aksiyaları bürüyüb. Buna qaradərili mühafizəçi Corc Floydun polis tərəfindən kobud şəkildə həbsindən sonra ölməsi səbəb olub.