Soydaşlarımız Gürcüstanda etiraz aksiyası keçirirbackend

Soydaşlarımız Gürcüstanda etiraz aksiyası keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Marneuli rayonunun Təkəli kənd sakinləri etiraz aksiyası keçirir.

İnterpress.az-ın məlumatına görə, kənd sakinləri torpaqlarının zəbt edildiyini bildirirlər.

Kənd sakinlərinin sözlərinə görə, torpaqlarını könüllü şəkildə verməyəcəkləri təqdirdə, polis vasitəsi ilə ələ keçiriləcəyi bildirilib.

Sakinlərin dediyinə görə, qonşu kəndlərdə onlara torpaq sahələri və onları suvarma sistemləri təklif edilib, ancaq ərazi uzaq və əkinə yararsız olduğu üçün bu təkliflə razılaşmayıblar.

Sakinlər daha əvvəl qubernator və yerli nümayəndəliklər ilə görüşüblər və bu problemin həll olunacağı vəd edilib.