Sülhməramlılar Laçın dəhlizində təlimə başladı – Əsas məqsəd PUA-larla mübarizədirbackend

Sülhməramlılar Laçın dəhlizində təlimə başladı – Əsas məqsəd PUA-larla mübarizədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları Laçın dəhlizində təlim keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb.

Nazirliyin məlumatında bildirilir ki, məşğələlər 6 təlim məntəqəsində keçirilib: “Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”.

Hərbi təlimdə əsas vəzifələrdən biri qapalı rabitə kanalları vasitəsi ilə Rusiya sülhməramlı kontingentinin komandanlıq məntəqəsinə məlumat ötürülməsi ilə müşahidə məntəqəsinin məsul olduğu ərazidə pilotsuz uçuş aparatını (PUA) aşkar etmək tapşırıqlarının yerinə yetirilməsi olub.

Rusiya sülhməramlı kontingentinin sözçüsü Vladislav Vorobyov bildirib: “Müşahidə məntəqəsinin şəxsi heyəti döyüşə hazırlıq səviyyəsini yüksəltmək üçün tədbirlər hazırlayıb”.

Vorobyov əlavə edib ki, hazırda sülhməramlılar 27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

Sülhməramlılar Laçın dəhlizində təlimə başladı  - Əsas məqsəd PUA-larla mübarizədir
Sülhməramlılar Laçın dəhlizində təlimə başladı  - Əsas məqsəd PUA-larla mübarizədir
Sülhməramlılar Laçın dəhlizində təlimə başladı  - Əsas məqsəd PUA-larla mübarizədir
Sülhməramlılar Laçın dəhlizində təlimə başladı  - Əsas məqsəd PUA-larla mübarizədir