2023-cü ilin yanvar-oktyabr aylarında Tbilisidə yeni tikilmiş mənzillərin orta satış qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə şəhərətrafı qəsəbələrdə 17%, daha geniş mərkəz və şəhər mərkəzində isə 13% və 15% artıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
2023-cü ilin yanvar-oktyabr aylarında Tbilisidə köhnə mənzillərin orta satış qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə şəhərətrafı qəsəbələrdə 24%, daha geniş mərkəzdə və şəhər mərkəzində isə 17% və 16% artıb.
2023-cü ilin yanvar-oktyabr aylarında Batumidə yeni tikilmiş mənzillərin orta satış qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16%, köhnə mənzillər üzrə isə 9% artım qeydə alınıb.