Təzyiqli qazan PARTLADI: İki qız ağır yanıq xəsarətləri ALDI – FOTObackend

Təzyiqli qazan PARTLADI: İki qız ağır yanıq xəsarətləri ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaroslavl vilayətində partlayan təzyiqli qazan iki qızı yaralayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yaroslavl vilayətində iki qızın birlikdə yemək hazırladığı vaxt təzyiqli qazan partlayıb.

Anastasiya və Yevgeniya mətbəxdə olarkən cihazda təzyiqin həddindən artıq artması nəticəsində partlayış baş verib.

Partlayış zamanı qaynar qida, plastik və metal hissələr mətbəxə səpələnərək qızlara xəsarət yetirib.

Hər iki zərərçəkən ikinci dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qızların hər birinin bədəninin təxminən 16 faizi yanıq xəsarəti alıb. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az